"Qarabağ"ın Avstriyada Rusiyanın "Arsenal" (Tula) komandası ilə keçirəcəyi yoxlama matçının başlama saatı açıqlanıb.
 
Matc.az xəbər verir ki, iyulun 11-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
 
Bu brədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb. 
 
Qeyd edək ki, "köhlən atlar" Avstriyadakı ilk sınaq matçında Bolqarıstanın çSKA (Sofiya) kollektivini 1:0 hesabı ilə məğlub edib. Qurban Qurbanovun çalışdırdığı komanda son oyununda Almaniya "Auqsburq"u ilə üz-üzə gələcək. Bu görüş iyulun 15-də olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest