İngiltərənin "Uotford" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Norveç yığmasının üzvü Coşua Kinqi heyətinə qatıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
 
Norveç millisinin üzvü olan Kinq "Uotford"a azad agent kimi keçib. Hücumçu son olaraq "Everton"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest