"Vest Hem" qış fasiləsində aparıcı hücumçusu Marko Arnautoviçlə yollarını ayıra bilər. Matç.az saytının "Sky Sports"a istinadən məlumatına görə, avstriyalı forvard bir neçə Premyer Liqa nəhənginin diqqət mərkəzindədi.

29 yaşlı forvardı komandada saxlamaqda çətinliklə üzləşən London təmsilçisi onu satmağa razılıq verib. Ancaq "Vest Hem" qol "silahı"nın transfer qiymətinin 44 milyon avro olduğunu açıqlayıb. Hazırda onun uğrunda mübarizədə "Mançester Yunayted" favorit göstərilir.

Qeyd edək ki, bu mövsüm Premyer Liqada 7 qola imza atan Marko Arnautoviçin "Vest Hem"lə müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest