Ayxan Abbasovun yetirmələri ötən mövsüm Türkiyə Super Liqasını 5-ci sırada bitirərək Avropa Konfrans Liqasında iştirak hüququ qazanan "Sivasspor"la qarşılaşıb.

2021/22 mövsümünə hazırlığı Türkiyənin Ankara şəhərində davam etdirən "Sumqayıt" bu gün təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
 
Matc.az xəbər verir ki, Ayxan Abbasovun yetirmələri ötən mövsüm Türkiyə Super Liqasını 5-ci sırada bitirərək Avropa Konfrans Liqasında iştirak hüququ qazanan "Sivasspor"la qarşılaşıb.
 
Rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmada "Sivasspor"un qollarına Mustafa Yatabare (50-ci dəqiqə) və Səfa Yılmaz (71-ci dəqiqə) imza atıb.
 
Xatırladaq ki, "Sumqayıt" daha öncə "Keçiörengücü" ilə qarşılaşmış və həmin oyunda da 1:2 hesabıyla uduzmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest