Türkiyənin "Adana Dəmirspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqanın yeni iştirakçısı Niderlandın "Alkmaar" klubundan Yonas Svenssonu transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı sağ cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.
 
Svensson 2017-ci ildən "Alkmaar"ın uğurları üçün çalışırdı. Norveçli futbolçu daha öncə "Rusenborq" və "Levanger"də də oynayıb. Təcrübəli futbolçu Norveç yığmasında 23 matça çıxıb, 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest