"Fənərbaxça"nın müdafiəçisi Roman Noyştedterin taleyinə aydınlıq gəlib. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, Rusiya millisinin üzvü komandada qalmayacaq.

Belə ki, klub rəhbərliyi onunla yeni müqaviləyə ehtiyac duymayıb. 30 yaşlı müdafiəçinin "sarı-lacivərdlilər"lə anlaşma müddəti mövsümün sonuna qədərdi. Bu o deməkdi ki, Almaniya əsilli futbolçu yayda azad agent statusu daşıyacaq.

Qeyd edək ki, Roman Noyştedter "Fənərbaxça"ya 2016-cı ildə "Şalke"dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest