Futbol üzrə Amerika kubokunun yeni qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, həlledici oyunda Argentina və Braziliya milli komandaları üz-üzə gəliblər.
 
Braziliyada, "Marakana" stadionunda oynanılan qarşılaşmanı uruqvaylı hakim Esteban Ostoyiç idarə edib. İyulun 10-dan 11-nə keçən gecə – saat 04:00-da start götürən oyunda qalib gələn tərəf Argentina millisi olub. Anxel Di Mariyanın 22-ci dəqiqədə vurduğu qol matçda yeganə olub.
 
Bununla da, Argentina millisi 28 ildən sonra Amerika kubokunu qazanıb. Bu, argentinalıların qazandığı 15-ci Amerika kuboku olub.
 
Amerika kuboku
Final
11 iyul
 
Argentina – Braziliya 1:0
Qol: Anxel Di Mariya, 22.
 
<iframe width="653" height="380" src="https://www.youtube.com/embed/6tLxv5EsszA" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest