Ukraynanın "Kolos" komandası ötən gün daha iki yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Anatoli Nuriyevin formasını geyindiyi bu komanda əvvəlcə "Kramatorsk"la qarşılaşıb.
 
Futbolçumuzun komandası bu oyundan 1:0 hesabı ilə qalib ayrılıb. Nuriyev bu görüşdə 90 dəqiqə meydanda olub.
 
İkinci matçda "Kolos"un rəqibi "Dnepr-1" olub. Bu oyunda isə qapılara qol vurulmayıb. Nuriyev bu görüşdə də iştirak edib. Millimizin üzvü 62-ci dəqiqədə meydana buraxılıb.
 
Qeyd edək ki, Nuriyev daha öncə "Aleksandriya" ilə yoxlama qarşılaşmasında (2:0) iştirak etmiş və həmin oyunda penaltidən qol vurmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest