"Barselona" ilə yollarını ayıran Mateus Fernandesin yeni iş yeri məlum olub. Matc.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi "Palmeyras" klubuna keçib.
 
Bu barədə Braziliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Fernandes yeni klubu ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalayıb.
 
Fernandes 2020-ci ilin avqustunda 7 milyon avro qarşılığında məhz "Palmeyras"dan "Barselona"ya keçmişdi. Braziliyalı futbolçu "Barselona"da demək olar ki, oynamaq şansı qazanmayıb. O, Kataloniya təmsilçisində cəmi bir oyuna çıxıb ki, bu da UEFA çempionlar Liqasında Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə səfər görüşünə təsadüf edib. Komandasının 4:0 hesabıyla qalib gəldiyi matçda sonradan meydana buraxılan yarımmüdafiəçi, cəmi 17 dəqiqə şans qazanmışdı. "Barselona" 2020-ci ildə onu "Valyadolid"ə də icarəyə vermişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest