Aç-2020-nin final matçının ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, İtaliya yığmasının müdafiəçisi Leonardo Bonuççi həlledici görüşün ən yaxşısı seçilib.
 
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 34 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında əsas pay sahiblərindən biri olub. Komandasının bu matçdakı qolunu da məhz Bonuççi vurub.
 
Qeyd edək ki, İtaliya – İngiltərə matçının əsas vaxtı 1:1 hesabıyla başa çatıb. Penalti seriyasında 3:2 hesabıyla qalib gələn italyanlar Avropa çempionu olublar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest