"Təqribən 3 il öncə Polşa Futbol Assosiasiyasının prezidenti Zbiqnev Bonek mənimlə əlaqə saxladı. Amma yekunda polşalı mütəxəssisi seçdi". Matc.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi deyib. 
 
O,  "Sportowe Fakty" nəşrinə müsahibəsində Polşa yığmasından aldığı təklif barədə danışıb.

İtaliyalı mütəxəssis 2017-ci ildə Albaniya yığmasından ayrıldıqdan sonra maraqlı təklif gözlədiyini bildirib: "Güclü komanda formalaşdıraraq, maraqlı oyunçularla işləmək istəyirdim. Buna görə də Polşadan mənə zəng gələndə sevindim. Bu ölkədə işləmək mənim üçün yaxşı təcrübə olardı. Amma yığmanın "sükanı arxası"na keçə bilmədim. Əslində bu, çoxdan olub. Ona görə indi bu məsələni müzakirə etmək mənasızdır".
Qeyd edək ki, Canni De Byazi ötən ilin avqustundan Azərbaycan millisinə başçılıq edir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest