Mövsümün ikinci yarısına hazırlıq məqsədilə bu gün Türkiyəyə yollanan "Qəbələ" vaxt itirmədən hazırlığa başlayıb. Matç.az saytının məlumatına görə, "qırmızı-qaralar" bu gün Antalyada ilk məşqə çıxıb.

Hazırlıq günün ikinci yarısında fitnes salonda baş tutub. Futbolçular məşq prosesi zamanı müxtəlif fiziki çalışmalar yerinə yetiriblər.

Yanvarın 27-dək Antalyada toplanış keçəcək "Qəbələ" orda olduğu müddətdə "Meppen" (Almaniya - 16 yanvar), "Yenisey" (Rusiya - 20 yanvar), "Fakel" (Rusiya - 24 yanvar) və "MTK Budapeşt"lə (Macarıstan - 26 yanvar) yoxlama görüşündə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest