İspaniyanın "Real" klubunun müdafiəçisi Ferlan Mendi zədələnib. Matc.az xəbər verir ki, 26 yaşlı futbolçu komandanın son məşqlərindən birində sıradan çıxıb.
 
Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Lakin Mendinin zədəsinin ciddi olmadığı üzə çıxıb. O, ehtiyat məqsədiylə bir müddət komandadan ayrı qalacaq və tezliklə yenidən kollektivlə məşqləri bərpa edəcək.
 
Qeyd edək ki, sol cinah müdafiəçisi olan Mendi 2019-cu ildən Madrid təmsilçisinin uğurları üçün çalışıır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest