O, Avropa Konfrans Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Petroklub" (Moldova) - "Sileks" (Şimali Makedoniya) qarşılaşmasının baş hakimi təyin olunub.

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev beynəlxlq oyuna təyinat alıb. Matc.az xəbər verir ki, o, Avropa Konfrans Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Petroklub" (Moldova) – "Sileks" (Şimali Makedoniya) qarşılaşmasının baş hakimi təyin olunub.
 
Məsiyevə bu oyunda yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Qarşılaşmada 4-cü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
 
Qeyd edək ki, sözügedən qarşılaşma iyulun 15-də Moldovanın paytaxtı Kişinyovda keçiriləcək. Bu komandalar arasındakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest