İspaniyanın "Atletiko" (Madrid) klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi argentinalı yarımmüdafiəçi Rodriqo de Paulu transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İtaliyanın "Udineze" klubundan transfer olunan 27 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
 
"Atletiko" rəhbərliyinin bu transferə görə 35 milyon avrosundan keçdiyi bildirilir. "Udineze" onu 2016-cı ildə İspaniyanın "Valensiya" klubundan 3 milyon avroya transfer etmişdi. Rodriqo Argentina millisinin də üzvüdür. O, bir neçə gün öncə yığma komanda ilə Amerika Kubokunun qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest