"Zirə"nin sabiq futbolçusu Migel Lourenso özünə yeni iş yeri tapıb. Matc.az xəbər verir ki, 29 yaşlı mərkəz müdafiəçisi karyerasını sabiq klubu "Vitoriya de Setubal"da davam etdirəcək.
 
Bu barədə Portuqaliya mətbuatı məlumat yayıb. 2018-ci ildən "Mafra"da çıxış edən futbolçu, artıq yetirməsi olduğu klubla razılığa gəlib. Onun tezliklə bu klubla rəsmi müqaviləyə imza atması gözlənilir.
 
Qeyd edək ki, Migel məhz "Vitoriya"da olduğu dönəmdə "Zirə" tərəfindən bir illik icarəyə götürülmüşdü. O, 2016/17 mövsümündə Azərbaycan klubunda 20 oyuna çıxıb. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest