"Komandamızda əla ab-hava var. Bütün futbolçular həvəsli və motivasiyalıdı". Matc.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andrade deyib.

Kabo-verdeli futbolçu klubun saytına Avstriyadakı hazırlıq prosesindən danışıb: "Məşqlər istədiyimiz kimi gedir. Gündən-günə formaya düşürük. Oyun ritmimizə daha çox yaxınlaşırıq. Hazırlıq planlaşdırılan şəkildə davam edir. Avstriyada iki yoldaşlıq oyunu keçmişik. Bu matçların komandaya faydası çox olacaq. çatışmayan cəhətlərimizi müəyyənləşdirib, üzərində çalışacağıq. ümid edirəm ki, rəsmi oyunlara tam hazır olacağıq".

Andrade bildirib ki, azarkeşlərin tribunalara qayıtmasına çox sevinirlər: "Futbol onlarla daha gözəldi. Fanatları qələbələrimizlə sevindirmək üçün bütün gücümüzü ortaya qoyacağıq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest