Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək "Qarabağ", "Keşlə" və "Sumqayıt"ın ilk oyunlarının hakim təyinatları açıqlanıb. Matc.az xəbər verir ki, UEFA 2-ci təsnifat mərhələsinin ilk oyunları üçün bütün təyinatları açıqlayıb.
 
"Sumqayıt"ın Serbiya "çukariçki"si ilə ilk görüşünə isveçrəli hakimlər təyin olunublar. Qarşılaşmanın baş hakimi Fedayi San olacaq. Ona yan xətt hakimləri Yonas Erni və Zürxer Benjamin kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Ştefan Horisberger yerinə yetirəcək.
 
İyulun 21-də Belqraddakı "çukariçki" stadionunda keçiriləcək bu oyuna Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.
 
"Qarabağ"ın İsrail "Aşdod"u ilə ilk oyunu Polşadan olan hakimlər briqadasına həvalə olunub. Matçın referisi Kşiştof Yakubik olacaq. Ona yan xətt hakimləri Arkadiuş Voyçik və Tomaş Nemirovski kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Pyotr Lasik yerinə yetirəcək.
 
İyulun 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Aşdod" oyununa saat 20:00-da start veriləcək.
 
"Keşlə"nin Rusiya "Soçi"si ilə ilk qarşılaşmasında isə Albaniyadan olan hakimlər iş başında olacaqlar. Baş hakim Enea Yorgi olacaq. Ona yan xətt hakimləri Ridiger çokay və Reydi Avdo yardım edəcək. Dördüncü hakim isə Kridens Meta olacaq.
 
İyulun 22-də "Fişt" stadionunda keçiriləcək "Soçi" – "Sumqayıt" matçına da saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest