Futbol üzrə çexiya millisinin qapıçısı Tomaş Vaçlikin yeni klubu müəyyənləşib. Matc.az xəbər verir ki, 32 yaşlı qolkiper Yunanıstanda oynayacaq.
 
O, son ölkə çempionu "Olimpiakos"la anlaşıb. Yaxın günlərdə tərəflər münasibətləri rəsmiləşdirəcək. 2018-ci ildən "Sevilya"da oynamış çexiyalı hazırda azad agent statusu daşıyır.
 
"Neftçi" çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Dinamo" (Tiflis) səddini keçərsə, növbəti mərhələdə "Olimpiakos"la qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest