"Samir Abasov oyun planında düzgün seçim etmişdi. Ümumilikdə, "Neftçi" mərhələni keçəcək, "Qarabağ" isə qrup mərhələsini düşünməlidir"

"Bilirsiz niyə "Neftçi"nin mərhələ adlayacağına inam azdır? çünki bu komanda yaxşı oyunu nəticəyə qurban verdi və bu, ağıllı seçim idi". Matc.az xəbər verir ki, bunu veteran məşqçi Ağasəlim Mircavadov deyib. 
 
Avrokuboklarda klublarımızın şansını dəyərləndirən Mircavadov bildirib ki,  "ağ-qaralar" mərhələni adlayan tərəf olacaq: "Oyuna baxdım. "Dinamo"dan qorxmaq lazım deyil. Onların fəal görünməyinin səbəbi "Neftçi"nin təşəbbüsü onlara verməsi idi.  Düzdü, baxımlı futbol oynamadıq, ancaq indiki məqamda "Neftçi"yə bundansa uğurlu nəticə daha vacib idi. "Dinamo" hazır formadadır, onlarda çempionat davam edir. "Neftçi" isə hələ hazırlıq mərhələsindədir və heç heyətini belə tam formlaşdıra bilməyib. Belədə hücum futbolu oynamaq çox riskli olardı. Samir Abasov oyun planında düzgün seçim etmişdi. ümumilikdə, "Neftçi" mərhələni keçəcək, "Qarabağ" isə qrup mərhələsini düşünməlidir".
 
O, "atlılar" haqda qənaəti maksimal həddədir və bunu belə izah edir: "Qarabağ"ın avrokuboklarda 10 ilə yaxın oynamaq təcrübəsi var. Dəfələrlə Avropa Liqasının qrupuna düşüb, çempionlar Liqasının qrupunda oynayıb. İsrail təmsilçisininsə bunun yarısı qədər təcrübəsi yoxdur. "Qarabağ" onlardan çəkinməməlidir, onlar "Qarabağ"dan qorxurlar. Konfrans Liqasını şişirtmək lazım deyil, qrup mərhələsini düşünmək lazımdır".
 
Şöhrət ordenli veteranımız "Sumqayıt" və "Keşlə"nin şansları barədə də danışdı: "Keşlə"yə çox tərs rəqib düşüb. "Soçi" Rusiya çempionatında güclülərdəndir və bizimçün çətin rəqib sayılır bu ölkənin komandaları. "Soçi"nin "Spartak"la yoxlama oyununa baxdım. 0:4 hesabıyla uduzsalar da, nəticəyə aldanmaq olmaz. Yoxlama oyunu ilə rəsmi oyun arasında fərq çox olur. Ən çətin rəqibdir və şansımız azdır. "Sumqayıt"ın rəqibi haqda isə çox məlumatım yoxdur. Bu haqda ancaq deyə bilərəm ki, "Sumqayıt" həddən artıq istəklə oynayan komandadaır. Nəsə eləsələr, məhz bu istək sayəsində edə bilərlər".  futbolpress.az
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest