Futbol üzrə UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində sabah "Neftçi"nin qonağı olacaq Gürcüstanın "Dinamo" (Tiflis) klubu artıq Bakıdadır.
 
Matc.az xəbər verir ki, Tiflis təmsilçisi az öncə Azərbaycan paytaxtına gəlib. Komanda Bulvar otelində məskunlaşacaq.
 
Qeyd edək ki, "Neftçi" və "Dinamo" komandaları arasında cavab görüşü iyulun 14-də "Bakcell Arena"da keçiriləcək və saat 21:00-da başlayacaq. Tiflisdəki ilk oyunda "ağ-qaralar" 2:1 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest