"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev klubun rəsmi saytına açıqlama verib. Matc.az xəbər verir ki, o, Avstriya toplanışından danışıb, azarkeşlərlə bağlı verilən qərardan söz açıb və Konfrans Liqası ilə bağlı fikirlərini bildirib:
 
"İki həftəlik nəzərdə tutulan toplanışda artıq iki oyun keçirmişik. Məqsədimiz komanda oyunumuzu və futbolçular arasında əlaqəni yaxşılaşdırmaq, fiziki baxımdan hazır vəziyyətə gəlməkdir. Hazırlıq istədiyimiz kimi gedir. Toplanış çərçivəsində daha bir görüş keçirəcəyik. Bakıya qayıtdıqdan sonra Konfrans Liqasında "Aşdod"la oyunlara hazırlaşacağıq.
 
çox sevindirici haldır ki, azarkeşlər tribunalara qayıdır. Onlar üçün çox darıxmışıq. Uzun müddətdir fanatlar olmadan oynayırıq. Fikrimcə, "Qarabağ"ın əsas güclərindən biri azarkeşləridir. ümid edirəm ki, icazə verilən qədər azarkeş gələcək və bizi dəstəkləyəcəklər. Bu, bizim üçün çox önəmlidir. Dolu tribunalarda oynamaq üçün darıxmışıq. Azarkeşlərə qovuşmaq hissini yaşayacağıq.
 
Konfrans Liqası yeni təcrübədir. Hədəfimiz "Qarabağ" adına layiqli mübarizə aparmaqdır. Bu turnirdə uğurlu nəticə qazanmağa çalışacağıq. Yeni turnir olmasına baxmayaraq, komandaların səviyyəsi kifayət qədər yaxşıdır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest