FİFA Ukraynanın "Minay" klubuna transfer qadağası qoyub. Matc.az "sportarena.com" saytına istinadən xəbər verir ki, buna xorvatiyalı müdafiəçi Mislav Matiçin kluba açdığı təzminat mübahisəsi səbəb olub.
 
FİFA "Minay" klubuna bütün öhdəlikləri yerinə yetirənə qədər transfer qadağası qoyub. Qərar qüvvəyə minsə, Ukrayna klubu üç transfer dönəmində heyətinə yeni futbolçular cəlb edə bilməyəcək.
 
Matiç ötən mövsüm "Minay"ın heyətində 24 oyuna çıxıb.
 
"Minay"da azərbaycanlı futbolçu Rüstəm Əhmədzadə çıxış edir. Əhmədzadə Azərbaycan milli komandasına da dəvət alır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest