"İnter"lə yollarını ayıran Joao Marionun yeni klubu rəsmən məlum olub.
 
Matc.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "Benfika" klubuna keçib. Bu barədə Portuqaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mario ilə 5 illik müqavilə imzalanıb.
 
Mario 2016-cı ildən "İnter"də oynayırdı. Lakin o, son mövsümləri icarə əsasında İngiltərənin "Vest Hem", Rusiyanın "Lokomotiv" (Moskva) və Portuqaliyanın "Sportinq" klublarında keçirmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest