Türkiyənin "Fənərbaxça" klubu müdafiəçisi Gökhan Gönüllə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
 
36 yaşlı müdafiəçi ilə başa çatmış müqavilənin müddəti uzadılmayıb.
 
Təcrübəli oyunçuya təşəkkür edən İstanbul təmsilçisi ona gələcək karyerasında uğurlar arzulayıb.
 
Qeyd edək ki, daha əvvəl 2007-2016-cı illərdə "Fənərbaxça"nın formasını geyinmiş Gökhan Gönül ötən mövsümün əvvəlində "Beşiktaş"dan transfer edilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest