Fransanın "Monako" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Köln"dən İsmail Yakobsu transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı cinah oyunçusu ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.
 
Yakobs Almaniyanın U-21 yığması ilə bu il keçirilən Avropa çempionatının qalibi olub.
 
"Monako" yarımmüdafiəçi üçün "Köln"ə 7 milyon avro ödəyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest