Təlim-məşq toplanışının 2-ci mərhələsi üçün Gürcüstana gedəcək "Sabah"ın bu ölkədəki rəqiblərindən biri müəyyənləşib. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi "Samqurali" komandası ilə qarşılaşacaq.
 
Bu barədə Gürcüstan klubunun mətbuat xidməti məlumat yayıb. Görüş iyulun 23-də keçirləcək.
 
"Samurqali" ötən mövsümün sonunda yüksək liqaya vəsiqə qazanıb.
 
Qeyd edək ki, Gürcüstanda 2 həftəlik toplanışda olacaq "Sabah"ın bu ölkədə 4 yoxlama matçı keçirməsi planlaşdırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest