21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının keçirəcəyi oyunların stadionları müəyyənləşib.
 
Matc.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv sentyabrın 2-də, saat 21:00-da Xorvatiyanın Velika Qoritsa şəhərindəki şəhər stadionunda Xorvatiya, sentyabrın 7-də isə Avstriyanın Rid İm İnnkreys şəhərindəki "Josko Arena"da Avstriya yığması ilə qarşılaşacaq.
 
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Avstriya ilə oyunun başlama saatı hələ məlum deyil.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest