"Keşlə"nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Soçi" (Rusiya) futbolçusu Erik Vardanyanı icarəyə verib. Matc.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi "Pünik"ə keçib. 
 
Bu barədə Ermənistan klubunun mətbuat xidməti məlumat yayıb. Vardanyan 2022-ci ilin yayına qədər "Pünik"də çıxış edəcək.
 
Ermənistan yığmasının da üzvü olan Erik "Soçi" ilə Rusiya çempionatında bir oyuna çıxıb.
 
Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Soçi" – "Keşlə" oyunu iyulun 22-də olacaq. Komandalar arasındakı cavab matçı iyulun 29-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest