UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün üz-üzə "Neftçi" və Gürcüstanın "Dinamo" (Tiflis) klublarının rəhbərliyi arasında rəsmi görüş olub.
 
Matc.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
 
Görüşdə "Neftçi"nin prezidenti Kamran Quliyev, vitse-prezidenti Elnur Eyvazov, Tiflis təmsilçisinin rəhbəri Roman Pipiya və digər rəsmilər iştirak ediblər.
 
Bu gün keçiriləcək "Neftçi" – "Dinamo" matçı saat 21:00-da başlayacaq. Komandalar arasındakı ilk oyunda "Neftçi" 2:1 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest