Azərbaycan çempionu UEFA Çempionlar Liqasının (ÇL) 1-ci təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tiflis) klubunu keçə bilməsə, İsrailin "Makkabi" (Hayfa) komandası ilə üz-üzə gələcək.

"Neftçi"nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibi dəqiqləşib. Matc.az xəbər verir ki, Azərbaycan çempionu UEFA çempionlar Liqasının (çL) 1-ci təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tiflis) klubunu keçə bilməsə, İsrailin "Makkabi" (Hayfa) komandası ilə üz-üzə gələcək.
 
Hayfa təmsilçisi çL-in 1-ci təsnifat mərhələsində iki oyunun nəticəsinə əsasən Qazaxıstanın "Kayrat" klubuna məğlub olub - 1:1, 0:2.
 
Qeyd edək ki, bu gün "Bakcell Arena"da təşkil olunacaq "Neftçi" - "Dinamo" matçına saat 21:00-da start veriləcək. Gürcütandakı ilk matçda Azərbaycan təmsilçisi qələbə qazanıb – 2:1. Növbəti mərhələyə adlamaq üçün bakılılara heç-heçə də sərf edir. Qalib gələn tərəf çL-in 2-ci təsnifat mərhələsində Yunanıstanın "Olimpiakos" klubu ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest