Türkiyənin "Yeni Malatyaspor" klubu ötən mövsüm çexiyanın "Sparta" (Praqa) klubundan icarəyə götürdüyü Benjamin Tettehin transfer hüquqlarını da alıb. Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
24 yaşlı qanalı hücumçunun illik məvacibi transferinə xərclənmiş məbləğ də daxil olmaqla 1 milyon 200 min avro təşkil edir. Tetteh Türkiyə klubu ilə 4 illik müqaviləyə imza atıb.
 
Benjamin Tetteh peşəkar karyerasına Belçikanın "Standard" klubunda başlayıb. O, bu komandada olduğu dönəmdə "Slovaçko" və "Bohemians" klublarına icarəyə də verilib. 2018-ci ildə qanalı hücumçu Praqa "Sparta"sı ilə müqavilə bağlayıb.
 
"Yeni Malatyaspor" sağ cinah müdafiəçisi Taha Gürü də transfer edib. Geridə qalan mövsümü "Pazarspor"da keçirmiş 24 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest