Bakılıların növbəti oyunu iyulun 23-də "Samqurali"yə qarşı olacaq. "Sabah" Tiflis toplanışındakı son matçında "Saburtalo" ilə üz-üzə gələcək. Görüş iyulun 28-də baş tutacaq.

"Sabah"ın Tiflis toplanışı çərçivəsində qarşılaşacağı rəqiblər bəlli olub. Matc.az xəbər verir ki, Ramin Quliyevin çalışdırdığı komanda Gürcüstanda yerli klublarla qüvvəsini sınayacaq.
 
İlk rəqib "Şukura" olacaq. Kobuleti təmsilçisi ilə qarşılaşma iyulun 20-də baş tutacaq. 
 
Bakılıların növbəti oyunu iyulun 23-də "Samqurali"yə qarşı olacaq. "Sabah" Tiflis toplanışındakı son matçında "Saburtalo" ilə üz-üzə gələcək. Görüş iyulun 28-də baş tutacaq.
 
Qeyd edək ki, Azərbaycan təmsilçisi Gürcüstan paytaxtına sabah yola düşəcək. "Ağ-göylər" Bakıya iyulun 29-da qayıdacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest