"Keşlə"nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Soçi" "Parimatç" turnirində növbəti oyununa çıxıb. Matc.az xəbər verir ki, Vladimir Fedotovun çalışdırdığı komanda Rusiya Premyer Liqasının digər təmsilçisi "Ximki" ilə qarşılaşıb.
 
Beş qolun qeydə alındığı oyun Soçi təmsilçisinin qələbəsiylə yekunlaşıb - 3:2.
 
Xatırladaq ki, "Soçi" bu turnirdəki ilk matçında "Spartak"a 0:4 hesabı ilə uduzmuşdu. Soçililərin son oyunu iyulun 17-də "Rubin"ə qarşı olacaq.
 
Xatırladaq ki, "Keşlə" ilə "Soçi" arasındakı ilk oyun iyulun 22-də səfərdə, cavab görüşü isə bir həftə sonra Bakıda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest