Futbol üzrə UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin Tiflis "Dinamo"suna qarşı cavab oyununda da 2:1 hesabı ilə qalib gələn "Neftçi" Azərbaycanın UEFA reytinqinə 0.250 xal qazandırıb. Matc.az xəbər verir ki, bununla da Azərbaycanın cari mövsümdəki qazancı 0.500-ə çatıb.
 
Avropa Konfrans Liqasındakı təmsilçilərimiz mübarizəyə başlamadığından bütün xallar yalnız "Neftçi"nin payına düşür. Azərbaycan çempionu Gürcüstan təmsilçisini səfərdəki ilk oyunda da 2:1 hesabıyla üstələmişdi.
 
Hazırda Azərbaycanın hesabında 13.125 reytinq xalı var. Bu, göstərici ilə ölkəmiz 28-ci pillədə qərarlaşıb. 27-ci olan Qazaxıstanın 13.250 xalı var. Əsas izləyicimiz olan Sloveniyanın hesabında isə 13.000 reytinq xalı var.
 
Siyahıya İngiltərə başçılıq edir – 87.926 xal. İspaniya (80.570) ikinci, İtaliya (63.473) üçüncüdür. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest