"Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiç komandasının Avstriya toplanışını dəyərləndirib. O, Ağdam klubunun rəsmi saytına açıqlamasında bunları söyləyib

"Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiç komandasının Avstriya toplanışını dəyərləndirib. Matc.az xəbər verir ki, o, Ağdam klubunun rəsmi saytına açıqlamasında bunları söyləyib:
 
"Məşqlərimiz çox yaxşı keçir. Düşünürəm ki, komandamızda hamı bu fikirlə razılaşar. Keçirdiyimiz yoldaşlıq oyunlarının da bizə çox xeyri dəyəcək. Tam hazır olmaq üçün qısa zamana ehtiyacımız var. Yeni oyunçularımız var və yəqin ki, yenə olacaq. Biz də onlara əlimizdən gələn köməyi etməliyik ki, komandaya, oyun üslubumuza tez uyğunlaşsınlar. Konfrans Liqasında qarşılaşacağımız "Aşdod" yaxşı komandadır. Bizi çətin oyun gözləyir. Əminəm ki, matça qədər tam hazır olacağıq".
 
Ozobiç Azərbaycan millisindən dəvət gözlədiyini də bildirib: "Dünən eşitdim ki, FİFA mənim Azərbaycan millisində çıxış etməyimə icazə verib. Mən də bu anı gözləyirdim. Uzun müddətdir ki, Azərbaycandayam. Bu ölkə mənə çox doğmadır. Səbirsizliklə millinin oyunlarını və yığmaya dəvəti gözləyəcəyəm. Millinin baş məşqçisi mənə dəvət göndərərsə, yığmanın uğurları üçün hər zaman əlimdən gələni etməyə hazıram. Mənim üçün doğmalaşmış ölkənin millisi üçün əlimdən gələni əsirgəməyəcəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest