"Olimpiakos"la oyunlarda əlimizdən gələni edəcəyik". Matc.az xəbər verir ki,  bunu "Neftçi"nin futbolçusu Emin Mahmudov deyib.

çempionlar Liqasının I təsnifat mərhələsinin Tbilisi "Dinamo"su ilə ev oyununda (2:1) bərabərlik qolunu vuran kapitan qarşılaşmadan sonra "CBC Sport"a açıqlamasında növbəti mərhələdəki rəqib olan Yunanıstan "Olimpiakos"u ilə görüşlərə oxunub: "Rəqibin kim olmasının fərqi yoxdu. Qorxmaq lazım deyil. Meydana çıxıb vuruşacağıq".
 
Mahmudov Tbilisidə olduğu kimi yenə penaltidən qol vurması barədə də danışıb: "Yaxşı ki, penalti oldu. Bir az fərqli vurdum. Əsas odu ki, qol oldu. Rəqib yaxşı oynadı, bizi bir az sıxdı".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest