"Qarabağ" və "Sumqayıt"ın Konfrans Liqasının II təsnifat mərhələsində keçirəcəyi cavab oyununun hakimləri müəyyənləşib. Matc.az xəbər verir ki, UEFA "Sumqayıt"ın Serbiya "çukariçki"si ilə ev, "Qarabağ"ın isə İsrail təmsilçisi "Aşdod"la səfər matçının referilərini açıqlayıb.

İyulun 29-da saat 20:00-da "Kapital Bank Arena"da baş tutacaq "Sumqayıt" – "çukariçki" qarşılaşmasını danimarkalı Yorgen Burxardt idarə edəcək. Ona həmyerliləri Lars Hummelqard və Nils Hög köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Sandi Putros yerinə yetirəcək.

Bir saat sonra Aşdodda start veriləcək "Aşdod" – "Qarabağ" görüşündə isə serbiyalı Novak Simoviç fit çalacaq. Nikola Coroviçlə Miloş Simoviç yan xətt hakimi, Aleksandar Jivkoviç isə 4-cü hakim kimi iş başında olacaq.

Qeyd edək ki, Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 21-də keçiriləcək "çukariçki" – "Sumqayıt" matçını Fedayi San (İsveçrə), ertəsi gün baş tutacaq "Qarabağ" – "Aşdod" görüşünü Kşiştof Yakubik (Polşa), "Soçi" – "Keşlə" qarşılaşmasını isə Enea Yorci (Albaniya) idarə edəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest