Futbol üzrə UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Neftçi" ilə Yunanıstanın "Olimpiakos" komandası arasında keçiriləcək cavab matçının hakimləri açıqlanıb. Matc.az xəbər verir ki, iyulun 28-də, Bakıda baş tutacaq bu qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edəcək. 
 
Matçın baş hakimi Rikardo de Burqos olacaq. Ona yan xətt hakimləri Roberto del Palomar və Yon Nunyes kömək edəcəklər. Dördüncü hakim funksiyasını Adrian Kordero yerinə yetirəcək.
 
Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək "Neftçi" – "Olimpiakos" matçına saat 21:00-da start veriləcək.
 
Bu komandalar arasındakı ilk oyun isə iyulun 21-də Yunanıstanda keçiriləcək. "Olimpiakos" - "Neftçi" matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Amma UEFA hələ bu oyun üçün təyinatları açıqlamayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest