"Hazırda bütün fikrim ilk turda qarşılaşacağımız "Vozdovaç"la oyundadır. Yalnız ondan sonra "Sumqayıt"la oyun barədə düşünmək olar"

Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Sumqayıt"ın rəqibi olan "çukariçki"nin müdafiəçisi Strahinya Tanasiyeviç Serbiya klubunun rəsmi saytına müsahibə verib. Matc.az xəbər verir ki, komandaya bu yay cəlb olunan 24 yaşlı futbolçu Azərbaycan təmsilçisinə qarşı keçirəcəkləri oyunlardan da söz açıb:
 
"Slovaniyada əla hazırlıq keçdik. Yoxlama oyunlarında da çox yaxşı təsir bağışladıq. Əla heyətimiz var. Hətta deyərdim ki, baş məşqçimizin ixtiyarında iki eyni güclü heyət var. Bu üzdən də onun üçün start heyəti müəyyənləşdirmək xeyli çətin olacaq. Hazırda bütün diqqətimiz Serbiya çempionatında yeni mövsümün ilk matçına yönəlsə də, Avropa Konfrans Liqasında qarşılaşacağımız "Sumqayıt"la oyunlara da hazırlaşırıq. Komandamız ilk dəfə avrokuboklarda üçüncü təsnifat mərhələsinə yüksələ bilər. Amma düzünü desəm, mən azərbaycanlılarla oyun barədə ümumiyyətlə düşünmürəm. Hazırda bütün fikrim ilk turda qarşılaşacağımız "Vozdovaç"la oyundadır. Yalnız ondan sonra "Sumqayıt"la oyun barədə düşünmək olar".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest