"Qarabağ" bundan öncə Avstriyada daha iki yoxlama oyunu keçirib. "Köhlən atlar" Bolqarıstanın ÇSKA (Sofiya) komandasını məğlub edib (1:0), Rusiya "Arsenal"ına isə uduzub (0:1).

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi "Auqsburq"la qarşılaşıb. Bundesliqa təmsilçisi ilə görüşə saat 20:00-da start verilib.

Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib. Matçda hesabı Patrik Andrade açıb. Daha sonra Xayme Romero Ağdam təmsilçisinin ikinci qoluna imza atıb. 37-ci dəqiqədə penalti qazanan Almaniya klubu fərqi azaldıb. Fasilə ərəfəsində isə Bundesliqa təmsilçisi daha bir qol vurmaqla matçda yekun nəticəni müəyyənləşdirib.

"Qarabağ" bundan öncə Avstriyada daha iki yoxlama oyunu keçirib. "Köhlən atlar" Bolqarıstanın çSKA (Sofiya) komandasını məğlub edib (1:0), Rusiya "Arsenal"ına isə uduzub (0:1).

Yoxlama oyunu
15 iyul

Qarabağ – Auqsburq (Almaniya) 2:2

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest