Almaniyalı FİFA referisi Feliks Brix beynəlxalq arenadakı karyerasını bitərəcək. Matc.az xəbər verir ki, bu barədə 45 yaşlı referi "Bild" nəşrinə açıqlamasında deyib:
 
"Başqa bir turnirdə işləməməyə və ilin sonunda beynəlxalq karyeramı bitirməyə qərar verdim. Lakin Bundesliqada çalışacam və yeni mövsümün startını səbirsizliklə gözləyəcəm".
 
Feliks Brix 2017-ci ildə çempionlar Liqasının "Yuventus" (İtaliya) və "Real" (İspaniya) komandaları arasında keçirilən final matçını (1:4) idarə edib.
 
Brix Aç-2020-də beş oyunu idarə edib. Alman referi İtaliya və İspaniya milli komandaları arasında keçirilən yarımfinal matçının (1:1, penaltilər 4:2) da baş hakimi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest