"Legiya"nın azərbaycanlı hücumçusu Mahir Emreli çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin "Bodo Qlimt"lə (Norveç) cavab matçından (2:0, ilk oyun 3:2) sonra fikirlərini bildirib.
 
Matc.az xəbər verir ki, sözügedən görüşdə ilk qolun ötürməsini verən Emreli, "İnstagram" hesabında etdiyi paylaşımla azarkeşlərə təşəkkür edib:
 
"Hisslərimi sözlə ifadə etmək çətindir. Dünən möhtəşəm bir matç oldu. Bizi dəstəklədiyiniz üçün hamınıza təşəkkür etmək istəyirəm. Hər zaman sona qədər mübarizə aparıb yaxşı çalışsaq, bunun bəhrəsini görəcəyimizi bilirik. Növbəti mərhələdə görüşərik".
 
"Legiya" növbəti mərhələdə Estoniyanın "Flora" klubu ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest