"Neftçi" Futbol Akademiyasına yeni təyinat olub. Matc.az xəbər verir ki, Elşad Əhmədov akademiyanın koordinatoru vəzifəsini yerinə yetirəcək.
 
Qeyd edək ki, 2017-ci ildə "Neftçi"nin əsas komandasını çalışdırmış 51 yaşlı mütəxəssis onadək əvəzedici, U-19 və U-17 komandalarımızın da baş məşqçisi olub. Əhmədov bundan əvvəl "Sabah" klubunda çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest