"Neftçi"nin çempionlar Liqasının cari mövsümündəki qazancı 1 milyon 850 min manata (920 min avro) çatıb. Matc.az xəbər verir ki, bu, ikinci təsnifat mərhələsinə vəsiqə sayəsində mümkün olub.
 
"Ağ-qaralar" ölkə çempionu kimi yarışa qatıldığı üçün 523 min manat (260 min avro), birinci təsnifat mərhələsində iştirak üçün 563 min manat (280 min avro) qazanmışdı. Tiflis "Dinamo"sunu yarışdan kənarlaşdırması isə ikinci təsnifat mərhələsinə vəsiqə ilə yanaşı, daha 764 min manat (380 min avro) gəlir gətirib.
 
Bununla da qazancı 2 milyona yaxınlaşan "Neftçi" daha çox gəlir əldə etmək imkanına malikdi. Paytaxt təmsilçisi "Olimpiakos" səddini adlasa, daha 966 min manat (480 min avro) irəli düşəcək. üçüncü təsnifat mərhələsində iştirakın dəyəri 480 min avro təşkil edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest