Fransanın "Nitsa" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi Niderlandın "Alkmaar" klubundan Kelvin Stenqsi transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.
 
Stenqs "Alkmaar"la 114 matçda 24 qol vurub, 24 məhsuldar ötürmə edib. Kelvin Niderland yığmasına da dəvət alır.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest