"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, paytaxt klubu yarımmüdafiəçi Elşən Abdullayevi transfer edib.
 
Bu barədə "dənizçilər"in rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu ilə 1+1 formatında müqavilə imzalanıb. O, yeni komandasının heyətində "8" nömrəli formanı geyinəcək.
 
Abdullayevin son klubu "Sabah" olub. O, əvvəllər "Neftçi", "Sumqayıt", "Qarabağ" və "Zirə"də də forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest