"Qəbələ" yeni mövsümə hazırlığın birinci mərhələsini başa vurub. Matc.az xəbər verir ki, "qırmızı-qaralar" iyulun 5-də start götürən Qəbələ təlim-məşq toplanışını bugünkü hazırlıqla yekunlaşdırıb.
 
Qəbələ şəhər stadionunda baş tutan səhər məşqindən sonra komanda Bakıya yollanıb. Elmar Baxşıyevin yetirmələri iyulun 21-nə qədər paytaxtda hazırlıq keçəcək.
 
Toplanış müddətində iki yoxlama oyunu baş tutacaq. Sözügedən komanda sabah "Zirə" ilə görüşdə qüvvəsini sınayacaq. Zirə Olimpiya Kompleksində keçiriləcək matça saat 19:00-da start veriləcək.
 
"Qəbələ" ikinci yoxlama oyununda iyulun 21-də "Səbail"lə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest