İtaliyanın "Napoli" klubu müdafiəçisi Covanni De Lorentso ilə yeni müqavilə bağlayıb. Matc.az xəbər verir ki, 27 yaşlı futbolçu Neapol təmsilçisi ilə 5 illik müqaviləyə imza atıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Əvvəlki sözləşmənin müddəti bu yaya qədər idi.
 
Qeyd edək ki, Covanni Di Lorentso 2019-cu ildən "Napoli"nin uğurları üçün çalışır. O, geridə qalan iki mövsüm ərzində bu komandanın heyətində meydana çıxdığı 95 matçda 7 qolla yadda qalıb. Sağ cinah müdafiəçisi 13 rəsmi matça çıxdığı İtaliya yığmasında bu yay Avropa çempionu olub. Futbolçu əvvəllər "Recina", "Kuneo", "Matera" və "Empoli" klublarının da formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest