Futbol üzrə İtaliya yığmasının müdafiəçisi Alessandro Florensi Fransanın PSJ klubundan ayrılıb. Matc.az xəbər verir ki, 30 yaşlı futbolçu bunu sosial şəbəkə hesabında yaydığı vida mesajı ilə açıqlayıb.
 
İtaliyalı sağ cinah müdafiəçisi Paris təmsilçisinə və ona bu komandada oynamaq imkanı yaradan hər kəsə təşəkkür edib.
 
Qeyd edək ki, Florensi müqavilə ilə İtaliyanın "Roma" klubuna məxsusdur. O, icarə əsasında oynadığı PSJ-də geridə qalan mövsümdə 36 matça çıx, 2 qola imza atıb. Təcrübəli futbolçu bu yay İtaliya millisiylə Avropa çempionu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest